“Allah hər ifaçıya bir ölçüdə səs verir. O zamanlardan bəri zil və bəm səslə oxuyan ifaçılar olub. Səs rejissorlarının məclislərdə səsi verib, azaltmaq məsələsi o vaxtdan var. Bir oxuyan gələndə aləmi qatırdılar bir-birinə, heç bilmirdin nə oxudu nə etdi. Mən uşaq idim, Ağdamda olanda. Bunların şahidi olmuşam, bilirəm. Bilərəkdən olunur. Gələn oxuyan ondan daha güclü səs malikdir. İstər güclü olmasın… Məsələn: Toyda 3-4 saat oxuyuruq kənardan başqa bir ifaçı gətirirlər. O isə 1 ton xaric oxuyur. Amma o səs onlar üçün yeni olduğundan onu alqışlayırlar. Burada məqamlar çoxdur”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elnur Zeynalov qonaq olduğu “Gün ortası” verilişində deyib.
Sənətçi bildirib ki, onun iştirak etdiyi toylarda tərbiyəsiz ifaçılar olmur:
“O ki qaldı zil və bəm səs məsələsinə… Mən Akademik Opera və Balet Teatrının solistiyəm. Orada “Məcnun” rolunu ifa edirəm. Kimlər ki özünü sınamaq və göstərmək istəyir, gəlsinlər “Şah İsmayıl Xətai”ni, “Məcnun”u, “Aşıq Qərib”I oxusunlar ondan sonra bilək ki, bunlar nə demək istəyirlər. Elə hörmətli insanların məclislərinə dəvət alıram ki, orada nə ədəbsiz, nə də ki tərbiyəsiz ifaçılar olur. Mənim iştirak etdiyim məclislərdə özünə hörmət edən ifaçılar olur”.