“Kiçik oğlum Əziz eşqə düşüb. Onun artıq “qız toyu” da oldu. Yaxın zamanda “oğlan toyu” da olacaq. Adətən qız evinə az insan dəvət edirsən. Bakı camaatının adəti var – oğlan evi qız evinə gedəndə özü ilə çox insan aparmır. Az, ədəb-ərkanlı, urvatlı... Oğlum Əzizin “oğlan toyu”nu yay aylarında etməyi planlaşdırırıq”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.
Sənətçi böyük oğlu Loğmanın həyat yoldaşı Əntiqədən söz açıb:
“Bunu hər zaman demişəm və deyirəm də, “Mən gəlinim Əntiqəni böyük oğlum Loğmandan daha çox istəyirəm”. O nə olsun ki, yad qızıdır amma o öz ədəb-ərkanı ilə özünü sevdirə bilib. O bilir ki, qayınana və qayınata ilə necə danışıb, rəftar etmək lazımdır. O bütün “pərdələri” qoruyaraq hərəkət edir. Kiçik oğlum Əzizin nişanında gəlinim Əntiqə dedi ki, ikinci gəlin üçün nə lazımdırsa sizə kömək edəcəyəm. Demək olar ki, birinci gəlinim ikinci gəlin üçün hər şey etdi, xonçalar hazırladı və sairə... Bunu hər gəlin etmir. Biraz qısqanclıq olur. Sağolsun, kişi qızıdır, halal olsun onun böyüdən valideynlərinə. Bu sözləri bu gün üçün deyirəm, sonra nə olacaqsa onu bilmirəm (gülür). İkinci gəlinin özünü birinci gəlin kimi sevdirə biləcəyini zaman göstərəcək. O da birinci gəlin kimi özünü sevdirsə, gəlinim Əntiqə kimi qızım olarsa ona da gözümün yağını yedirdəcəyəm. Çünki mən çox yaxşı qayınatayam. Gəlinlərimi bir-birindən ayırmayacağam ki, aralarında ayrı – seçkilik olmasın”.