“Qardaş (stilist Balaşı nəzərdə tutur - red.) itkisi elə bir itkidir ki, bütün dünyanı yandırmaq istəyirdim. Siz nə danışırsınız? Toy nədir? Yəni mən o başda olan adam deyiləm. Allah məni belə şeylərlə imtahana çəkməsin”.
OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Qapqara” verilişində deyib.
Sənətçi bildirib ki, illər əvvəl iştirak etdiyi “Maşın” reality-şousuna məşhurlardan biri atasını dəfn edib sözügedən layihəyə qatılmışdı:
“Bu məsələ ilə bağlı sənət aləmində insanlar görmüşəm ki, atası ölüb və onun “üç mərasimi”ni verib və “Maşın” reality-şouya qatılıb. Amma mən onu və onun qismində olan insanları qınamıram. Yəni “Maşın” şouya gəlməmək olardı. O adam şouda özünü pis aparırdı. Hətta meydan sulayırdı. Orada bir çoxlarının əsl simasını tanıdım. Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov bizə dedi ki, qətiyyən ona o barədə bir şey deməyin. Yəni burada oturub bizə niyə görə dərs keçirsən, get atanın yasını saxla. Bu çox ağır sözlərdir. Biz iştirakçılar elə bir vəziyyətdə idik ki, ona bu sözü deyə bilərdik amma demədik”.