TV proqram
TV proqram

“Radiolar mahnılarımı yayımlamır”

“Radiolar mahnılarımı yayımlamır”

“Musiqi dünyasında baş verənlər məni narahat etmir. Çünki heç kimə qulaq asmıram və tanımıram”.

OLAY yazır ki, bu sözləri müğənni İlhamə Qasımova “Afaqla 10lar” verilişində müsahibəsində deyib.

Sənətçi onun mahnılarını yayımlamayan radiolardan şikayətlənib:

“Radiolar mahnılarımızı vermir. Bilmirəm niyə görə daha çox elə (bayağı – red.) mahnıları səsləndirir. Bunun da səbəbi yəgin ki, təmmənadır. Bir musiqiçi və müğənni kimi ürəyim özümə yanır. Zamanında səhnəyə gələndə çox böyük arzularla gəlmişdim. Düşünürdüm ki, musiqi dünyasında hər şey başqa cür olacaq. Amma təəssüf ki, başqa cür oldu”.