Reper Elşad Xose ən böyük peşmançılığından söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Efirdən kənar” verilişində danışıb.

Aparıcının “Geriyə dönəndə nədən peşmansan?” sualına Xose belə cavab verib:

“Yalnız narkotik aludəçiliyimə görə peşmançılıq çəkirəm. Bu mənim zamanımı əlimdən aldı. Amma bu da bir təcrübə idi. Bizim nəsildən olan insanlardan soruşsanız onlarda aşağı-yuxarı belə cavab verərdilər. Amma xüsusi heyifsləndiyim bir şey yoxdur”.