TV proqram
TV proqram

Əməkdar artist övladını itirdiyini açıqladı

Əməkdar artist övladını itirdiyini açıqladı

“Həyatımda o qədər çətinliklər olub ki... Bu həyatda ən böyük çətinliyim övladımı itirməyim olub. İllər əvvəl ilk övladımı itirmişəm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova qonaq olduğu “7 tamam” verilişində deyib.

Sənətçi bildirib ki, Xocalı faciəsi hadisələri yaşandığı zaman ilk övladını itirib:

“Övladımı itirəndə yenicə ailə qurmuşdum. Heç bir il deyil idi... Övladımı Xocalı faciəsi yaşandığı zaman itirdim. O hadisələrə təsadüf etdi. Birinci dəfədir ki, ümumiyyətlə bu haqda danışıram. Övladım dünyaya gələndən 2 gün sonra dünyasını dəyişdim. Zamanından əvvəl məni xəstəxanaya apardılar. Övladımı iki gündən artıq xəstəxanada saxlamaq mümkün olmadı. Bu qismət imiş. O günü heç xatırlamaq istəmirəm”.