TV proqram
TV proqram

“Özümə sərhədlər qoymuşam”

“Özümə sərhədlər qoymuşam”

“İnsan daxilən necədirsə onu heçnə dəyişə bilməz. Nə şöhrət, nə var-dövlət, nə mühit. Olduğum kimiyəm. Olduğumdan da çox razıyam”.

OLAY yazır ki, bu sözləri müğənni Samirə Əliməryəm qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi bildirib ki, özünə qoyduğu müəyyən sərhədlər var:

“Həqiqətən özüm-özümə çox sərhədlər qoymuşam. İstəmərəm o sərhədləri keçim. Allah ağlımı başımdan almasın. Sadəcə öz işimlə məşğulam. Sənətimlə məşğul olmaq, mahnılar oxumaq, klip çəkdirmək, verilişlərə çıxıb sənət və işlərim haqqında gözəl şeylər danışmaq. Evdə danışıb, nələrəsə görə gileylənirik. Amma heç mən onu da danışmıram. Sadəcə zarafat etdim. Çalışıram ruhuma o neqativi yapışdırmayım. Lazım da deyil”.