TV proqram
TV proqram

“Toyxana görməyən ifaçı sənətkar ola bilməz”

“Toyxana görməyən ifaçı sənətkar ola bilməz”

“Bu sənətə gələn gündən demişəm ki, toyxana üçün yaranmışam. Çünki 42 ildir ki, sənətdəyəm və toyxanalar görmüşəm”.

OLAY yazır ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.

Sənətçi bildirib ki, toyxana görməyən ifaçı heç zaman sənətkar ola bilməz:

“Elə Xalq artistləri tanıyıram ki, toya daxil olanda heç bir şey edə bilmirlər. Sənətkarlar - Xan, Seyid, Cabbar, Arif Babayev, Dədə Süleyman də toyxanadan çıxıblar. Toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz. Söhbət əvvəllər keçirilən toylardan gedir. Tezden saat 09:00-da gedib, gecə saat 01:00 kimi oxuyurdular. Bu cür toy oxuyanlar əsil xanəndədirlər. Bu mənim sözüm deyil. Bunu məndən əvvəllər sənətkarlar deyiblər”.