Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “İncə səhər” verilişinə müsahibə verən sənətçi bildirib ki, şou-biznes yalan üzərində qurulub.
Bu fikirləri sənətçi ona ünvanlanan “Şou-biznes haqqında film çəkilsəydi, baş rolda kim olar?” sualını cavablayarkən bildirib.
“Əslində şou-biznes özü bir filmdir. Burada doğru nə var ki? Baş rolda olanlarda yalançıdır. Şou-biznesdə yalan danışmaq istedad sayılır. Şou-biznesdə baş verənlər filmdir, həqiqət deyil. Çünki şou-biznesin içində hamımız bilirik ki, başqa şeylər var. Ona görə də onun haqqında film çəkməyə ehtiyac yoxdur” – deyə, Namiq vurğulayıb.