TV proqram
TV proqram

Övladları Rəşad Dağlının ad gününü efirdə qeyd etdilər

Övladları Rəşad Dağlının ad gününü efirdə qeyd etdilər

Bu gün meyxanaçı Rəşad Dağlının doğum günüdür.

OLAY yazır ki, bu münasibətlə Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişini 41 yaşı tamam olan meyxanaçıya həsr edib.

Proqramda meyxanaçının oğlu Yusif və qızı Betül qonaq olub.

Səbəbkarın övladları atalarını çox sevdiklərini və onun üçün darıxdıqlarını dilə gətiriblər:

“Atam tək tanınmış adam deyil həm də gözəl insandır. Bunu onun övladı olduğuma görə demirəm. O bizə qarşı hər zaman mehribandır. Hər zaman bizim istəklərimizi soruşur və onları yerinə yetirir. Atamın ən böyük hədiyyəsi onun bizə olan sevgisidir”

Rəşadın hər iki övladı gələcəkdə biznes sahəsində çalışmaq istədiklərini söyləyiblər. 

Verilişin gedişatında bir sıra söz xiridarları Rəşad Dağlıya həsr etdikləri meyxanaları deyiblər. 

Qeyd edək ki, Rəşad Dağlı hazırda həbsxanadadır.