“Müəlliməm deyir ki, sənin kimin qızı olduğunu bilirik. Anan gözəl və ağıllı müğənnidir. Məndə cavab verdim ki, bəli elədir. Mən anamla fəxr edirəm. Fəxr edirəm ki, Ayanın qızıyam”.
OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyevanın qızı Selena “Evdəkilərə salam” verilişinə müsahibəsində deyib.
Sənətçinin qızı həm də Türkiyənin Qaziyəntəp bölgəsində yaşayan dayısı Samirdən də bəhs edib:
“Dayım Samiri də çox istəyirəm. O ağıllıdır və çox sayda xarici dillər bilir. Dayım Türkiyədə yaşayanda xarici dillər öyrənirdi. Dayımla fəxr edirəm”.