TV proqram
TV proqram

“Sevərək ailə qurmamışam”

“Sevərək ailə qurmamışam”

“Sevərək ailə qurmamışam”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov qonaq olduğu “Etiraf” verilişində deyib.

Sənətçi ailəsi ilə bağlı bu sözləri dilə gətirib:

“Həyat yoldaşımla bir kənddənik. Demək olar ki, yaxın qonşuyuq. Qismət oldu biz görüşdük. Evdə dörd uşaq olmuşuq – üç qardaş və bir bacı. Mən evin sonbeşiyiyəm. Böyük qardaşım Qərib bəyin 70 yaşı var. Valideynlərim yaşlandığına görə 21-22 yaşımda məni evləndirmək qərarına gəldilər. Onlar mənim toyumu görmək istəyirdilər. Onları dediyi kimi də oldu və mən 22 yaşımda ailə qurdum”.