TV proqram
TV proqram

“50 yaşında “uşaq bezi” oynada bilmərəm” - Xatirə

“50 yaşında “uşaq bezi” oynada bilmərəm” - Xatirə

Müğənni Xatirə İslam “El canlı” verilişində qonaq olub.

OLAY yazır ki, proqramın aparıcısı Elcan Rəsulov sənətçiyə instaqram üzərindən ona ünvanlanan sualları səsləndirib.

İzləyicilərdən birinin “Yenidən ana olmaq istəmirsiniz?” sualına Xatirənin cavabı belə olub:

“Artıq ana olmaq istəmirəm. Düşünürəm ki, hər şey zamanında gözəldir. 50 yaşında “uşaq bezi oynadım? Uşaq olana, böyüyənə qədər mənim artıq 50 yaşım olacaq”.

Qeyd edək ki, Fəxrəddin Musazadə ilə ailəli olan Xatirənin Emil adlı bir oğlan övladı var.