TV proqram
TV proqram

“1 milyon versədə Kazım Canla duet oxumaram” - Əminə

“1 milyon versədə Kazım Canla duet oxumaram” - Əminə

Müğənni Əminə Şirin qalmaqallı şəkildə boşandığı həyat yoldaşı, həmkarı Kazım Candan söz açıb.

OLAY yazır ki, sənətçiyə qonaq olduğu “Afaqla 10lar” verilişində “Keçmiş həyat yoldaşınız 1 milyon verdiyi təqdirdə onunla duet oxuyarınız?” sualı ünvanlanıb.

Ə. Şirinin cavabı isə belə olub:

“O milyonu gərək mən görüm. İndiki ağlımla düşünürəm ki, xeyr, oxumaram. Ona işlərində uğurlar arzulayıram. Düşünürəm ki, oxumaram”.

Qeyd edək ki, Əminə Şirin 2-ci dəfə ailə həyatı qurub və daha sonra ayrılıb. Müğənninin bu nikahından Fatimə adlı qızı var. Kazım Can isə 6 il əvvəl Brilliant adlı xanımla evlənib.