TV proqram
TV proqram

Xatun 48 min dollarlıq itkisindən danışdı

Xatun 48 min dollarlıq itkisindən danışdı

Müğənni Xatun Əliyeva illər əvvəl Rusiyada başına gələn xoşaqəlməz hadisədən söz açıb.

OLAY yazır ki, “Afaqla 10lar” verilişində qonaq olan sənətçi bildirib ki, Moskvadakı toydan aldığı 48 min dolları itirib.

“Ümumiyyətlə itki çox pis bir şeydir. Moskvada toyda idim. Orada türkiyəli həmkarım İrem Derici də səhnə alırdı. Toydan sonra dedim ki, acam. Musiqiçilərim Xəyyamla, Rabil dedi ki, bizdə rus pulu var, burada bir market var, içində isə restoran fəaliyyət göstərir, orada gözəl “borş” verirlər, gedək orada yemək yeyək. Ora getdik. Çantamı masanın üzərinə qoydum və başladım “borş”u yeməyə. Yeməkdən sonra ayağa qalxıb, telefonumu götürdüm yola düşdük hava limanına. Birdən prodüserim Pənah dedi ki, sənin çantan haradadır? Onun içində həm 48 min dollar pul, həm də xarici pasportlar var idi. O an şoka düşdüm. İnanın ki, həmin an bütün dünya başına fırlandı. Geri döndük. Qaça-qaça girdik marketin içinə və dedim ki, çantam haradadır. Ətrafa boylandım... Artıq davamını demirəm. O vaxta kimi restoranda çanta qalar?” - deyə, Xatun vurğulayıb.