Əməkdar artist Şəbnəm Tapdıq və aparıcı Elgiz Əkbər arasında efirdə gərgin anlar yaşanıb.
OLAY yazır ki, hadisə Elgizin aparıcısı olduğu “Elgizlə izlə” verilişində yaşanıb.
Buna səbəb E.Əkbərin proqramda qonaq olan Ş.Tapdığa ünvanlandığı “Necə dolanırsınız? Necədir vəziyyət?” sualı olub.
Bunu eşidən müğənninin üz ifadəsi 180 dərəcə dəyişib.
“Gülməli sualdır. Ona görə də bu suala cavab vermək istəmirəm. Necə yəni necə dolanırsınız? Bu nə sualdır siz mənə verirsiniz? Mənim restoranda nə işim var? Mən nə toylara nə də ki restoranlarda şou proqramlara gedirəm. Səhnədən restorana düşmək asandır, restorandan səhnəyə qalxmaq isə çətin. Mən o illərdə gənclik estradasından gəlirdim və oradan bütün telekanallar məni efirə dəvət edirdi. Mən öz dövrümün popular, sevilən ifaçısı olmuşam. Mən nə zaman efirə gəlib ağlamışam ki, mənə pul verin? Bu sualı mənə niyə verirsiniz? Mənə şeirlər təqdim edirlər məndə ona müvafiq musiqi bəstələyirəm və bunun qarşılığında böyük qonorarımı alıram. Çox mahnıları var “YouTube”da. Mən mahnı satmıram. Mən yazdığım bəstəyə, aranjimana görə öz haqqımı alıram. Şair öz şeirlərini mənə təqdim edir məndə ona mahnı bəstələyirəm. Bu kimi məsələlərin tamaşaçılara nə dəxli var? Burada artıq söhbətlərin kimə nə dəxli var? İndi oxuduğum mahnı avar mahnısıdır. Bütün avar mahnılar şedevrdir. Əgərəşedevr olmasa camaat onları sifariş verməz. Mən mərhum Xalq artisti Nəsibə Zeynalova “Qayınana” filmində dediyi kimi sözümün “nöqtə”sini burada qoydum” – deyə əsəbi şəkildə Elgizin sualına cavab verib.