TV proqram
TV proqram

“Hazırda hər iki evimdə 20-yə yaxın usta işləyir” - Şəbnəm

“Hazırda hər iki evimdə 20-yə yaxın usta işləyir” - Şəbnəm

Müğənni Şəbnəm Tovuzlu mülklərindən söz açıb. 

OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb. 

Şəbnəm bildirib ki, hazırda həm mərkəzdəki mənzilini, həm də bağ evini 20-ə yaxın usta təmir edir: 

“Bir işi bitirib, digərinə keçmirəm. Bu isə əslində yaxşı bir xasiyyət deyil. Sonrada biraz peşman oluram. Çalışıram ki, bütün işlərimi eyni anda həll edim. Hazırda iki evim təmirdədir. Biri bina evindəki mənzildir, digəri isə bağ evi. Hərəsində 15-20 usta işləyir. Bu əslində mənim günahımdır”.