TV proqram
TV proqram

“Mən ailəmi seçdim...” - Əməkdar artist

“Mən ailəmi seçdim...” - Əməkdar artist

Əməkdar artist Səbinə Babayeva efirlərdən uzaq düşməsinin səbəbini açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.

Proqramın aparıcısı Mətanət Əliverdiyevanın “Efirdən çox uzaq düşmüsən. 2012-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etdin. Heyifslənmirsən 2012-ci ilə?” sualına Səbinə qısa olaraq belə cavab verib:

“Niyə heyifslənim ki? Yox! Mən öz istəyimlə ailə qurdum. Bu mənim seçimim idi. Heyifslənmirəm. Mənim gözəl uşağım var. Bu mənim həyatımda bir seçim idi və mən ailəmi seçdim. 10 ilimi, özümü ailəmə həsr etdim”.

Qeyd edək ki, 2012-ci ilin sentyabrında Səbinə Babayevauzun illər “İctimai” televiziyada rejissor vəzifəsində çalışmış  Cavidan Şərifovla ailə qurub. Cütlüyün 2016-ci ildə Əli adlı oğlu dünyaya gəlib. Onlar 5 il əvvəl boşanıb.