TV proqram
TV proqram

“Qızımla rəfiqə ola bilmədim” - İradə

“Qızımla rəfiqə ola bilmədim” - İradə

“Qızım İpəklə rəfiqə ola bilmədim”.

OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi övladlarından və onlara verdiyi dost məsləhətindən söz açıb:

“Qızım unutmamalıdır ki, onun qarşısında dayanan anasıdır. Onun istədiyi qədər rəfiqəsi olacaq. Amma mən onun rəfiqəsi ola bilmərəm. Mən ona doğrunu göstərməliyəm. Rəfiqəsi qızımın hansısa bir hərəkətini alqışlaya bilər amma mən bunu səhv görüb edə bilmərəm. Uşaqlarıma hər zaman deyirəm ki, unutmayın ki, mən sizin ananızam. Siz nə etsəniz də, bütün səhvlərinizlə qapıma gələcəksiniz və sizi qəbul edəcək yalnız ailənizdir – ananız və atanızdır. Həyatda yaxşı rəfiqələrdə var. Amma dost, qohum, qonşu, tanış səni mənim bağrıma basdığım kimi basmaz”.

Qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpek adlı bir qızı, Əli adlı bir oğlu var.