Müğənni Elnur Məmmədov məclislərə getməməsi ilə bağlı yayılan şaiyələrə aydınlıq gətirib.
OLAY yazır ki, bununla bağlı sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində açıqlama verib.
Məmmədov həmin məsələni bu cür nəql edib:
“Günlərin bir günü efirə çıxıb dedim ki, artıq bezdim toylara getmiyəcəyəm. Rütbəli insanları məni görüb sual verdilər ki, ailəmdə xoş gün olsa məclisimizə gələrsən? Ona sual verdim ki, sizdə eşitmisiniz ki, mən toylara getmirəm? Amma mən toylara gedirəm. İndi o zaman söylədiyim həmin fikirlərə açıqlama verib, aydınlıq gətirmək istəyirəm. Artıq bezmişdim... Kim mənə salam verirdisə bacımın, qardaşımın toyudur, gəl oxu. Onlara başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağıma görədir. Mən iş adamı və ya dövlət işçisi deyiləm ki, hər ay maaş alım və pulum olsun. Mənim gəlirim yalnız toydandır. O zaman həmin sözləri efirdə ona görə demişdim ki, ildə beş dəfə uşaqlarına ad günü edib məni öz məclislərinə çağırmaqdan utanmırdılar, amma mən ildə beş dəfə onların məclislərinə gedib oxumaqdan utanırdım. Onlara başa sala bilmirdim ki, ailəmi bununla dolandırıram. Bir – iki nəfərdə mənim dediklərimi efirdən çəkib digər insanlara göstərib söyləyirdilər ki, Elnur heç bir məclisə getmir, onu çağırmayın. Onlar bunu əlində silah etmişdirlər”.