Əməkdar artist Sevda Ələkbərzadə efirlərə çıxmamasının səbəblərindən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.
“Çox nadir hallarda efirlərə çıxıram. Efirlərdə gördüyüm qonaqlardan sonra düşünürəm ki, o verilişə çıxamağa dəyməz. Məndən əvvəl o verilişə gələn insanları görürəm, kimlərə sənətkar deyirlər, kimləri tərifləyirlər... Sonra fikirləşirəm ki, mənim o verilişdə nə işim var? Bu baxımından efirlərə nadir hallarda çıxıram. Amma səviyyəli, gözəl verilişlər də var. O verilişlərə mən çıxıram”, - deyə Sevda vurğulayıb.