“Bu günə gəlib çıxmaq üçün o qədər yuxusuz gecələrim olub ki... Çox kasıb bir ailədən çıxmışam. Ailədə səkkiz uşaq olmuşuq. Anam və atamla birlikdə 10 nəfər olmuşuq. İki otaqlı evimiz olub. Yerimizi yerdə cərigə ilə salıb yatırdıq. Yalandan, yekə-yekə danışmaqla deyil ki...”
OLAY yazır ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi keçdiyi çətin və ağır günlərindən söz açıb:
“Biz həqiqətən çox zəhmətkeş olmuşuq. Çox əziyyətlər çəkmişəm. Elə günlərim olurdu ki, vaxt tapa bilmirdim ki, evə gəlim bir saat yatım. Başqa bir işin arxasıyca vaxtıdında gedib çatmağım üçün avtomobildə yatırdım. Bunları etmişəm deyə bu gün nələrəsə nail olmuşam”.