Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “El canlı” proqramında qonaq olan sənətçi izləyicilərin suallarını cavablandırıb. O, bir tamaşaçının “Kəndinə qayıdarmı” sualına bu cavabı verib:
“Güclə Bakıya gəlib çıxmışam. Kəndə necə qayıdım? Tütünün, baramanın içşindən qaçmışam. Ay kəndimin camaatı, bağışlayın məni gələ bilmərəm. O günlər üçün çox darıxıram. İnsan uşaqlığını çox axtarır. Gəncliyinizin qədrini bilin gözəl cavanlar. “Kolxoz” dövrüydü , çıxdı getdi. Toxa döyürdülər, mən əlimi qulağıma qoyub mahnı oxuyurdum hamı mənə baxırdı. Evə də gedəndə məni söyürdülər ki, mahnı oxudun sənə baxdıq, başımız qarışırdı”.