Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
OLAY yazır ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:
- 23,4% - informasiya və analitik proqramlar
 - 16,0% - idman proqramları
 - 14,1% - reklam məzmunlu materiallar
 - 13,5% - musiqi və əyləncəli proqramlar
 - 12,8% - bədii filmlər və seriallar
 - 8,7% - mədəni-maarif janrında proqramlar
 - 3,3% - anonslar və elanlar
 - 3,1% - sənədli film və materiallar
 - 2,8% - sosial proqramlar
 - 1,2% - uşaq proqramları və cizgi filmləri
 - 1,1% - sosial çarxlar