Bir çox qadını aldadaraq pullarını mənimsəyən Simon Leviev özünə proqram açmaq istəyir.
OLAY yazır ki, “Netflix”də yayımlanan “Tinder ovçusu” sənədli filmi ilə ifşa olan Simon məşhurluğunu qorumaq fikrindədir.
Bütün tanışlıq saytlarında bloklandığı üçün o TV-də bir realiti-şou başlatmaq istəyir.
Belə ki, bu layihədə qadınlar Simonun xoşuna gəlmək üçün yarışacaqlar.
Simon bunun üçün bir menecerlə razılaşma əldə edib.