TV proqram
TV proqram

Elçindən Elzanın şeirləri haqda yeni açıqlama

Elçindən Elzanın şeirləri haqda yeni açıqlama

Müğənni Elçin Cəfərov növbəti dəfə Əməkdar artist Elza Seyidcahanın şeirləri haqqında səsləndirdiyi fikirlərdən danışıb.

OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında açıqlama verib:

“Mən Elza xanımın xətrinə heç vaxt dəymərəm. Həm bəstəkar, həm də xanım kimi onu çox istəyirəm. Sadəcə fikrimi bölüşdüm. Mənə elə gəlir ki, bunu deməliydim. Verilişdə onun şeiri səsləndirildi. Elə mövzular var ki, orada sakit dura bilmirəm. Bu, özümdən asılı deyil. O şeirdəki sözləri eşitmək istəmirəm.Həm də yaraşdırmıram. Camaat fikirləşə bilər ki, hərə öz baxışı ilə ölçür. Amma narahat edən nələrsə var. Bu haqda çox danışmaq istəmirəm, xətrinə dəymişəmsə, üzr istəyirəm”.

Qeyd edək ki, Elçin bir müddət öncə Əməkdar artistin şeirləri haqqında “Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir” açıqlamasını vermişdi.