TV proqram
TV proqram

“Survivor”da qəza - İştirakçı xəstəxanaya aparıldı

“Survivor”da qəza - İştirakçı xəstəxanaya aparıldı

“Survivor All Star” iştirakçılar növbəti dəfə toxunulmazlıq üçün qarşı-qarşıya gəlib. Lakin yarışda aktyor Furkan Kızılay xəsarət alıb.

OLAY yazır ki, Furkan platformada pillələri bitirib, tunelə doğru irəlilədiyi zaman boynu üstə yerə yıxılıb. Həkimlər və iştirakçılar sənətçiyə dərhal kömək ediblər. İlk yardımdan sonra meydançadan çıxarılan Kızılay xəstəxanaya aparılıb.

Vəziyyətinin necə olduğu və yarışa davam edib-etməyəcəyi isə bu gün axşam bəlli olacaq.