Xalq artisti Aygün Kazımova həmkarı Brilliant Dadaşova ilə bağlı açıqlama verib.
OLAY yazır ki, estrada ulduzu “Şourum” proqramında qonaq olarkən küsülü olduğu Dadaşova ilə duet oxusalar, ictimaiyyətə maraqlı olacağını qeyd edib:
“Vəziyyətə baxanda indi tamaşaçıya nə maraqlı olar? Buradan açıqlayıram, mən tərəfdən küsülülük yoxdur. Qarşı tərəfin hislərinə hörmətlə yanaşıram. O mənə bu cür, mən isə ona sevgiylə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam maraqlı gələr. Demirəm, bunu istəyirəm. Deyirəm ki, bu duet tamaşaçıya maraqlı gələr”.