“Atamın ölümündən sonra böyüdüm, yaş aldım. Dayağımı tiirdim Bu dörd il ərzində o qədər səhvlər etdim, lakin o olanda heç bir səhvim olmamışdı. Onunla nəfəs alırdım, çox bağlıydım”.
OLAY yazır ki, bu sözləri “Nigar xanım” verilişində rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Mərhum atasından danışan Renka göz yaşlarını saxlaya bilməyib:
“Hərdən onun sözlərini deyib gülürəm, onunla danışıram. Hər dəfə gedəndə göyə baxıram, deyirəm, ata, yanımda ol. Uzaq yola çıxırdım, motosiktletdə idim, o sözü dedim, yıxıldım. Amma heç nə olmadı. Fikirləşdim ki, uzaq yolda yıxılsaydım, nəsə ola bilərdi. Bildim ki, göydə mələyim var, məni qoruyar. Həyat mənə övladlarıma görə güc verir. Övladlarım olmasa, onun yanında məzar qazıb, özüm uzanardım. Məzarına gedirəm, deyirəm, sən olsaydın, belə olmazdı. Mənim atam o qədər gözəl insan idi. Mən qıraqda qalmışdım, rəfiqələrim ağlayırdı. Deyirəm, kaş, pis ata olardı, bəlkə bu qədər yandırmazdı. Qəbir üstündə ağlayanda, bir quş gəldi, mənə baxdı, uçdu getdi. Mən də onunla danışdım ki, buradasan? Hiss etdim ki, yanımdadır. İndi telefonu götürüb ata-ananıza zəng edin, deyin ki, səni sevirəm. Atam rəhmətə gedəndən sonra məni heç kim axtarmadı”.