Aparıcı Elgiz Əkbər verilişdə yaşadığı qalmaqallı hadisənin pərdəarxası məqamları üzə çıxarıb.
OLAY yazır ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” proqramında danışıb.
E.Əkbər bildirib ki, qonaqlar arasında yaşanan davadan qaçmaq istəyəndə yerə yıxılıb:
“Günlərin bir günü verilişimizdə qırığın düşdü. Qonaqlarımız rəhmətlik Cavanşir Məmmədov, Manaf Ağayev, Sərxan Kərəmoğlu və Elşad Qarayev idi. Bu davanı isə proqramımızın müxbiri Afət Rahilqızı saldı. Afətə isə əvvəlcədən tapşırmışdım ki, bu sualı qonaqlara vermə. Adam deyir ki, o məhkəmə qarşısındadır və sabah məhkəmə olacaq. Qarşı tərəf isə istəyir ki, bu nəsə söyləsin, bunun dilindən sözü tutsun və onu məhkəməy versin. Onsuzda tərəflər bir-birini məhkəmə vermişdilər. Çox pis vəziyyət idi. Qonaqlardan biri mənə söylədi ki, emosional insanam və özümü saxlaya bilməyəcəyəm xahiş edirəm mənə “o” sualı vermə. Dilimdən sözü aldı və məndə ona söz verdim ki, “o” sualı ona verməyəcəyəm. Dedimm ki, “Ayıb deyil? Sən məni nə hesab edirsən? Sən mənə deməsəydin də belə o məsələyə mən toxunmaram”. Afət isə bu zaman kompyuter arxasında idi. Verilişin ortasında onun yaralı yerindən toxundu və ona istəmədiyi həmin sualı verdi. Bu anda hərə bir söz deyib o qonağın üstünə düşdülər. Verilişdə aləm dəydi bir-birinə. Bu isə hamısı efirə getdi. Efirdən sonrada dava davam elədi. Qaça-qaç düşdü. Məndə qaça bilmədim və yıxıldım. Ayaqlarım tutuldu”.
Rəşad Əliyev