Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) “Toylar kralı” yarışması ilə bağlı iradlara cavab verib.
OLAY yazır ki, o, bu barədə instaqramda yazıb:
“Buradan yazanlara deyirəm: “Toylar kralı” yarışmasında heç kimin sözünün keçməsinə icazə vermədim. Kimsə ağzının qatığını dağıdar, güvəndiyi kim olursa olsun cavabını verərək. Heç kim mənim nə ağam deyil, nə də heç kimin sözü ilə oturub-duran deyiləm. Kişiliyiniz, hünəriniz çatır üzümə deyin. Güvəndiyiniz dağlara elə qar yağdıraram ki, adınız yadınızdan çıxar. Münsiflərimin dırnağının bildiyini sizin “manıs”lar bilmir. Ona görə də susun, mən danışsam, pis olacaq”.