TV proqram
TV proqram

“Eybəcər düşdüyüm fotonu paylaşır”

“Eybəcər düşdüyüm fotonu paylaşır”

Müğənni Xatirə İslam arxiv fotolarının paylaşılmasından gileylənib.

OLAY yazır ki, sənətçi bu barədə “Günaylı gün” verilişində danışıb. Xatirə deyib ki, bir səhifə onun illər əvvəlki fotosunu paylaşıb:

“Bir səhifə çıxdı qarşıma. Gördüm ki, mənim ən eybəcər şəkillərimi qoyub, başlığı da belə qoyub. Bildim ki, bu, məni istəməyən insandır. Tutaq ki, 14 il əvvəl kim indiki halı ilə eyni olub? O qədər pis olmuşdum. Burnumu əməliyyat etdirməzdən öncəki şəkillər idi. Heç kim 15 il bundan əvvəlki kimi deyil. İl keçdikcə özümüzə toxunuşlar edirik. Məsələn, 3-4 il əvvəlki makiyaja baxanda deyirəm indi yaxşıdır. 15 il əvvəlin şəklini göstərir. Məni istəyən insansansa, başlıq bir qırağa qalsın. Heç olmasa indiki şəklimi qoy da. Ürəyində nəsə yoxdursa, yaxşı şəkil qoy. Harada eybəcər düşmüşəm onu paylaşırsan. Heç nə demirəm. Deyirəm, ay Allah, sən özün bilirsən”.