Müğənni İlhamə Qasımova axirət dünyasına inandığını deyib.
OLAY yazır ki, ifaçı bu barədə “Rəngarəng səhər” proqramında danışıb. O, aparıcı Zaur Nəbioğlunun “Həyatda nədən qorxursunuz” sualını cavablandırıb.
“Unudulmaqdan qorxmuram. Düşünürəm ki, günahsız insan yoxdur. Günahlarımın təmizlənməməsindən qorxuram. Mən dindar deyiləm, sadəcə olaraq məlumatlıyam. Ümumiyyətlə, fikirləşirəm ki, insanın bir ümid yeri olmalıdır. Mən axirətə, haqq dünyasına inanıram və cəhənnəm əzabında, odunda yanmaq istəməzdim. Tək qalmaqdan, əzizlərimin ətrafında olmamaqdan qorxuram”, - deyə, o, söyləyib.