“Hamı bilir ki, mən cənub bölgəsindənəm. Onları nə qədər çox sevirəm, Allah şahiddir. Artıq hərəkət etmirəm ki, başları aşağı olmasın. Heç öz həyatımı yaşamıram. Deyirəm, bölgəm, rayonum məndən utanmasın. Amma mən çoxundan utanıram”.
OLAY yazır ki, bu sözləri “Xəzər axşamı” verilişində müğənni Nazənin Salayeva deyib. O doğuldu bölgədən olan ifaçılardan danışıb:
“Cənub bölgəsindəki müğənnilər o qədər biabırçı, paxıldırlar. Nəinki bizim, bir-birilərinin ayağının altını qazırlar. Cənub bölgəsindən iki müğənninin mahnısını oxudum. Onları elə tərif etdim ki... Sənin minnətin olsun ki, mən sənin mahnını oxuyuram. Heç sənin də mahnın deyil, Elmir Valehin idi. Gecə prodüserimi yığıblar ki, Nazənini məhkəməyə verəcəyik. Sizin burnunuzdan gəlsin, illərdir mənim mahnılarımla pul qazanırsınız. Səsimi çıxartmıram. Mənim yerimdə olsanız, nə edərsiniz? Bütün toylar mənim repertuarımdır. Minuslarımı da vermişəm oxuyublar, heç məndən icazə almayıblar. Mən mahnı oxuyan kimi, minuslar hamıda olur. “Ay ürəyim”, “Çıxaq, gedək buralardan”, “Dostlar, məni unutmayın”, “Geri dönsən”, “Evimi yıxma, gülüm”, “Sənə qurban”... Hansını deyim? Bəs, məndə niyə paxıllıq yoxdur? O mahnıları gorunuza aparacaqsınız? Bu, yalnız bizim zonadadır”.