“Mən özümü sevirəm. Həyatım gözəllik sevgi, eşq və Allahımla bağlıdır”.
OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” proqramında müğənni Mətanət Əsədova deyib.
O bildirib ki, başqalarının həyatları ilə maraqlanmır:
“Mən belə insanam. Kim 10 dəfə ərə getdi, 20-sini boşandı, kimin milyonları var, mənə nə?! İnsan onu fikirləşdikcə çürüyər. Məni özü həyatımdan başqa heç kim maraqlandırmır. Öz dünyam var”.