TV proqram
TV proqram

“Bu səmimilik deyil, sırtıqlıqdır”

“Bu səmimilik deyil, sırtıqlıqdır”

Əməkdar artist Coşqun Rəhimov növbəti açıqlamalarıyla diqqət çəkib.

OLAY yazır ki, aktyor efirə çıxan sənət adamlarının danışığından bəhs edib. Bu barədə o, “Rəngarəng səhər” verilişində söz açıb.

“Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən. Deyirlər ki, efirdə səmimi olaq. Get evində, dostlarının arasında, kimin yanında səmimi olursan ol. Bura efirdir. Burada danışığına, hərəkətinə, əməlinə fikir verməlisən. Milyonlarla tamaşaçı baxır. Səndən nəsə götürmək istəyən insanlar, gənclər, yeniyetmələr var. Mən səmimiyəm, hər şey edə bilərəm. Bu səmimilik deyil. Bunun bir adı var, sırtıqlıq”, - deyə, Rəhimov söyləyib.