Mərhum Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə nənəsi haqqında danışıb.
OLAY yazır ki, o, “Astar” yutub kanalında nənəsi ilə bağlı hazırlanan verilişdə açıqlamalar verib:
“Nuriyyə xanım çəkilişlərə, qatsrollara həmişə özü ilə aparıb. Gözündən qoymayıb. Onun bütün obrazlarını bəyənirdim. Sonuncu birgə getdiyimiz çəkiliş Qaxda idi. Yuli Qusman çəkirdi. Başqa bir səhnə var idi, nəsə alınmırdı. Amma Nuriyyə xanımın səhnəsi deyildi. Elə oldu ki, həmin səhnəni də Nuriyyə xanım oynadı. Sonra Y. Qusman dedi ki, azərbaycanlı aktrisa belə olmalıdır. Ana kimi ürəyi kövrək idi. Ciddi olmağa çalışırdı, görəndəki adamın xətrinə dəyir, özü də kövrəlirdi. Ola bilər ki, övladını itirdiyi üçün belə idi.
Mənə də yox deyə bilmirdi. Uşaqlıqda idmana çox həvəsim var idi. Lakin icazə vermirdi, zədə alaram deyə ürəyi dözmürdü. Məni həmişə rəqsə yönəldib. Rəqs öyrənməyə getmişəm, nağarada da ifa edə bilirdim. Sonra İncəsənət universitetində aktyorluğa qəbul oldum. Sonra bəzi səbəblərdən davam edə bilmədim. Mənə həm ana, həm nənə olub, heç vaxt hiss etdirmirdi ki, nənəmdi. Çalışırdı ki, hamıya kömək etsin. Məndən heç nəyi əsirgəməyib. Hətta ən pis övbladın da ölümü də anaya təsir edir. O ki qaldı yaxşı övladın. Nuriyyə xanım bir ömür bu dərdlə yaşadı. Deyirdi ki, sənə baxıb onu xatırlayıram, sən mənə bir stimulsan, nə edirəmsə, sənə və oğluma görə edirəm. Elə oldu ki, dayım da dünyasını dəyişdi. Onda bir-birimizə sığındıq. Lakin ürəyi dözmədi”.
Qeyd edək ki, sənətçinin qızı kürəkəni tərəfindən qətlə yetirilib.