Aparıcı-aktyor Azər Axşam bir müddət öncə tənqid etdiyi ATV-də yeni layihəyə başlayıb.
OLAY yazır ki, o, “Bişir qazan” adlı proqramın aparıcısı olub.
Xatırladaq ki, sənətçi bir müddət əvvəl sözü gedən kanalın onunla çalışmaq istəmədiyini və işsiz qaldığını demişdi.
Həmçinin A.Axşamın “Kanal S”də işə başlaması gözlənilirdi.