Dünən “Səs Azərbaycan” vokal yarışmasının ¼ final mərhələsi baş tutub.
OLAY yazır ki, dörd ustadın (Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Avroviziya qalibi Eldar Qasımov və Murad Arif) hər birinin komandasına daxil olan üç iştirakçı performanslarını təqdim ediblər.
İfaçılar arasında Əmrah Musayevin 40 dərəcə temperaturla səhnəyə çıxması diqqət çəkib. O, eyni zamanda bu barədə sosial şəbəkədə də yazıb.
Əmrah “40 dərəcə qızdırma ilə bu mahnının ifa etdimsə, mən özümlə fəxr edirəm”, -deyə qeyd edib.