TV proqram
TV proqram

“Kişinin kişi görünüşü var!”

“Kişinin kişi görünüşü var!”

Müğənni Yaşar Yusub növbəti açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, ifaçı “Düzünə qalsa” verilişində “Həmkarlarından qadın qədər baxımlı olan, plastik əməliyyatdan istifadə edənlərə münasibətin necədir” sualına cavab verib.

“Qadın qədər baxımlı olmaq anlayışı mənim üçün yoxdur. Bunu rahat-rahat deyirəm. Təbii ki, hər kəsin öz işidir, özü bilər. Amma mənim üçün kişinin kişi görünüşü var. Baxımlılıq başqa şeydir. Əli, dırnağı, üzü, saqqalı, saçı formada olsun. Geyimi səliqə-sahmanlı, yerində olmalıdır. Gəlib yaşı çatıb 50-yə, artıq ehtiyac var, pis görünür, onda edərsən. 28, 35-40 yaşlarında, əgər ehtiyac varsa, simanda problem oldusa, bu gərəklidir. Lazımlı deyilsə, qətiyyən ehtiyac yoxdur”, - deyə, o, söyləyib.