TV proqram
TV proqram

Namiq Mənanın oğlu səhhətindən danışdı

Namiq Mənanın oğlu  səhhətindən danışdı

Meyxanaçı Namiq Məna və oğlu Məna Əliyev birgə efirə çıxıb.

OLAY yazır ki, sənətçilər “Rəngarəng səhər” verilişində qonaq olub. N. Məna oğlunun səhhəti ilə bağlı bunları söyləyib:

“İki il bundan əvvəl səhhətində problem olmuşdu. Keçdi, getdi. Bu yaxınlarda burnunda nəfəsalma problemi var idi. Əməliyyat olundu. Sadəcə xəstəxanada çəkiliş edib, bir az bədii təsvir verib. Hamı xəstə olur, keçir gedir”.

Məna isə deyib ki, əməliyyatını iki il əvvəlki xəstəliyi ilə əlaqələndirib yazıblar, lakin hazırda heç bir problemi yoxdur:

“Hər kəs gündəlik başına gələnləri paylaşır. Kimi əyləncəsini, kimisi də hara getdiyini, nə etdiyini izləyiciləri ilə bölüşüb. Mən də istədim ki, başıma gələn bir hadisəni paylaşdım. Dərd də bölüşəndə azalır. Onsuz da bir problem var idi. O paylaşımla əlaqəli yazıblar ki, vəziyyəti vəziyyəti ağırdır”.