Müğənni Samira Alimaryam verilişlərə az-az çıxmağının səbəbini açıqlayıb.
OLAY yazır ki, ifaçı proqramlara dəvət olunanda aparıcı və qonaqların kim olduğuna diqqət etdiyini deyib. Bu barədə o, “MTV Xəbər”ə danışıb.
“Mən o keyfiyyəti ala bilmirəm. Onu almadığım üçün seçim edirəm. Hansı verilişə çıxıram, qarşımdakı aparıcı, qarşımdakı qonaq kimdir. Biz nə haqda söhbət edəcəyik. Çox vacib amillərdən biridir. Efirdə çıxıb gündəlik problemlərimi həll etmək mənim vəzifəm deyil. Mənim vəzifəm oxumaqdır, sənətimdən danışmaqdır. Bu da olmadığı üçün o verilişlər mənlik deyil”, - deyə, sənətçi söyləyib.