“Dünyada mənim qədər bədbəxt xanım yoxdur. Kimsə bunu məsxərəyə çevirə bilər, məni sevməyən kam ala bilər”.
OLAY yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində müğənni Mətanət Əsədova deyib. O bildirib ki, özünü xoşbəxt saymır:
“Amma bu dünyada nifrət etdiyim, küsdüyüm, düşmən olduğum insan yoxdur. Yalnız inciyə bilərəm. İncikliyim barədə ona nəsə demərəm, bu ürəyimdə yara kimi sızıldayar. Kiməsə pis gün arzulayan insan deyiləm, istyərəm hamının üzü gülsün, hər kəsə var-dövlət versin. Mənə də Allah gözünün ucu ilə baxsın. Allah, səni sevirəm, 24 saat səninləyəm. İstədiyin vaxt canımı ala bilərsən. Bir xanım, insan kimi xoşbəxt deyiləm. Bədbəxtəm. Bunu mən deyirəm, kimsə demir. Sənin gözlərin kövrəlir, mənim ürəyimin gözü ağlayır. Məni uşaqlar, qocalar evlərinə dəvət edirlər. Deyirəm, siz istəyirsiniz ki, mənim oradan meyitim çıxsın? İnsan bir ana-atanı necə ata bilər. Bir övlad orada necə qala bilər. Həddindən artıq kövrək insanam”.