TV proqram
TV proqram

Elnarə fransız dilində ifasından danışdı

Elnarə fransız dilində ifasından danışdı

Əməkdar artist Elnarə Abdullayeva ötən günlərdə gündəm olan fransız dilində ifasından danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Sabahın xeyir Azərbaycan” verilişində söz açıb.

“Bir gün Rasim Əliyev dedi ki, “Elnarə xanım, Edit Piaf eşitmisən?”. Mən yalan danışmağı xoşlamıram. Dedim ki, vallah yox. Ona söz verdim ki, mən toyda Edit Piafdan oxuyacam “Çahargah”ın yanında bu nədir ki. Azərbaycan dilində yazdılar, bir-iki dəfə tələffüz öyrətdilər. Gəldim oxudum, dedi ki, “Mən belə şey görməmişəm, qızım”. Vərəqdən baxıb oxuyurdum. Sonra əzbərlədim”, - deyə, o, söyləyib.