“Elə analar, atalar var ki, heç uşaqlarına düzgün yol göstərməyiblər. Heç onların xəbərləri yoxdur ki, Elza onların uşaqlarını pis-pis yollardan çəkindirib”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Xəbər ətər” verilişinin canlı efirində danışıb.
O, fikirlərinə bunları əlavə edib:
“Bu gün bu sənətdə elə insanlar var mənə qarşı nankor çıxıblar, amma mən ilk dəfə onların cibinə pul qoymuşam. Anası onu məndən soruşurdu ki, haradadır. Demişəm narahat olma, gəldi bizə, cibinə pul da qoydum getdi. İndi onlar mənə nankor çıxıblar”.