Əməkdar artist Firuzə İbadova xəstəxanalıq olub.
OLAY yazır ki, bu barədə sənətçi “Elgizlə izlə” verilişinə telefonla qoşularaq danışıb. O bildirib ki, buna səbəb haqqında yazılan neqativ şərhlərdir:
“Gözləməmişəm kimsə mənə pul uzatsın, acgözlüklə onu alım. Mən uşaqlarım üçün yaşayıram. Bir qızım və bir nəvəm var. Bütün gün xəstəxanada qaldım. Utanırdım, sakitləşə bilmirdim”.