TV proqram
TV proqram

Sevda və Zakir övladlarından danışdılar

Sevda və Zakir övladlarından danışdılar

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov övladlarından danışıblar. 

OLAY yazır ki, Sevda hamiləliklərindən sonra əziyyət çəkdiyi artıq çəkilərindən söz açıb:

“15 kiloqram çəki atmışam, amma 10 kiloqram da atmalıyam. Çəki atmağa vaxt olmadı”.

Z. Bayramov dayələri olmasına rəğmən, uşaqlara Yahyayevanın baxdığını deyib:

“Biz əslində 2 ildən sonra uşaq planlaşdırırdıq. Biz çox təsadüf nəticəsində bildik. Dedik elə bez dövrü bir yerdə bitsin. Heç vaxt belə istəklərim olmayıb ki, oğlan və ya qız övladım olsun. Tanış olmamışdan qabaq, iş yoldaşlarıma deyirdim ki, 5 qız övladı istəyirəm. Evdə dayə olmasına baxmayaraq, 80 faiz Sevdanın üzərindədir. Mən deyirəm ki, burax bir az, sakitləş, uşağın dayəsi var”.