TV proqram
TV proqram

“Atam məni bağışlamazdı”

“Atam məni bağışlamazdı”

Əməkdar artist Elxan Şirinov qardaşının və atasının ölümündən danışıb.

OLAY yazır ki, müğənni bu barədə “Rəngarəng səhər” verilişində aparıcı Aysel Novruzovanın “Atam dünyasını dəyişəndə yanında ola bilsəydim” sualını cavablandırıb.

“Heç nəyi dəyişə bilməzdim. Yaxınlarımızı itirəndə toyda oluruq bəzən. Atam dünyasını dəyişəndə yanında olsaydım deyərdim ki, mənə sözün nədir, təqsirim nə idi. Mən elə bilirəm ki, atam məni bağışlamazdı. Çünki mən özüm bağışlaya bilmirəm, həddindən artıq qəddar adamam. O da mənim kimi idi. Atam oğlunu itirəndən sonra stresdən görməsini itirdi. Atamla qardaşım arasında bir vəziyyət oldu, qardaşım ondan incidi, dedi gedirəm Əfqanıstana. Orada rəhmətə getdi. Atam heç nə demədi. Özündə bildi ki, nə yaşadı”,  -deyə, o, bildirib.