Müğənni Xatun Əliyeva maraqlı açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, ifaçı mahnılarında hədə-qorxu gəldiyini deyib.
“Səhnəyə 12 bəstəkar mahnısı ilə gəlmişəm. Albom şəklində idi. 2015-ci ildə qayınana mahnısından sonra düşdüm bu burulğanın içinə. Qayınana, qayınata, gəlinim. Məndən də ancaq bunu tələb edirlər. Mən, yəqin, bunun öhdəsindən gəlirəm. Bir gün oğlum mənə dedi ki, “O nə mahnıdır oxumusan sağ göstərərəm, sol vuraram”. Mən elə bil ki, sevib sonra ağlayan qadın deyiləm. Mənim mahnılarım hədə-qorxuludur. Ona görə də, yaxın gələn yoxdur”, - deyə, o, bildirib.