TV proqram
TV proqram

Vasif plastik əməliyyatdan sonra ilk dəfə efirdə

Vasif plastik əməliyyatdan sonra ilk dəfə efirdə

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.

OLAY yazır ki, o, “Zaurla Günaydın” verilişində qonaq olub.

Günay Məhərrəmliyə “Vasif bəy ilk dəfədir efirdə, hə?”  deyərək əməliyyata eyham vurub.

Müğənni isə “Hə” cavabı ilə mövzunu bağlamaq istədiyini bildirib.

Zaur “Mən söz vermişdim ki, danışmayacaq. Amma Günaya deməmişdim, bağışla ”, - deyə söyləyib.

Günay isə “Artıq bildilər. Özü açıqlamışdı, burada nə var ki?” , - deyə, vurğulayıb.

Qeyd edək ki, müğənni ötən ay boyun və buxaq nahiyəsindəki qırışları, həmçinin boyunun həcmini kiçiltmək üçün əməliyyat olunduğunu açıqlamışdı.